...

Kardioloqlarımızın məruzəsi ABŞ-da maraqla qarşılanıb (FOTO)

Cəmiyyət Materials 1 İyul 2019 13:15 (UTC +04:00)
Son illərdə ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişafın getməsi göz qabağındadır.
Kardioloqlarımızın məruzəsi ABŞ-da maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

Son illərdə ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişafın getməsi göz qabağındadır. Xüsusilə də səhiyyə idarəetmə sistemləri, maddi-tibbi bazanın yaxşılaşdırılması və ixtisaslı kadr siyasəti bunu deməyə imkan verir.

Bu gün tibbi-elmi mövzuda bir çox ölkələrdə, o cümlədən də bizim ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. Bu günlərdə ABŞ-ın Florida ştatının Orlando şəhərində beynəlxalq kardioloji konfrans keçirilib. Konfransda Azərbaycan oturumu təşkil olunub.

Onu da qeyd edək ki, konfransda Azərbaycandan bir sıra kardioloqlar, o cümlədən Ege Hospitalın baş direktoru, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyev də həm iştirakçı, həm də məruzəçi kimi iştirak edib. Ülvi Mirzoyevin məruzəsi böyük maraqla qarşılanıb.

Tam əminliklə deyə bilərik ki, tibbin bir çox sahələri, xüsusilə də kardiologiya ABŞ, Avropa səviyyəsindədir. Bu gün dünyada elə bir ürək əməliyyatı yoxdur ki ölkəmizdə icra olunmasın. Sevindirici haldır ki, yerli mütəxəssislərimiz beynəlxalq aləmdə öz bilik təcrübələri ilə həm ölkəmizi, həm də bir mütəxəssis kimi özlərini tanıtdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti