...

Cəlilabad sakinindən narkotik və psixotrop maddələr götürülüb

Cəmiyyət Materials 17 Avqust 2019 21:51 (UTC +04:00)
Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
Cəlilabad sakinindən narkotik və psixotrop maddələr götürülüb

Bakı. Samir Əli - Trend:

Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülüb.

Həmin vaxt evdə X.Məmmədovla birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılıblar.

E.Haqnəzərovdan 1 ədəd “Motorolla” markalı radioötürücü, “Mitsubishi Pajero” markalı avtomobilinə baxış zamanı isə 1 ədəd cib bıçağı, 1 ədəd beşbarmaq və 2 ədəd radioqəbuledici aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti