...

Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək

Cəmiyyət Materials 10 Sentyabr 2019 10:18 (UTC +04:00)
Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək
Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti