...

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki sahədə əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib

Siyasət Materials 10 Dekabr 2025 18:01 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında hərbi-texniki sahədə əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

Bu barədə Trend-ə Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, dövlətlərimizin başçıları Prezident İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti