Bakı. Trend:
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyasında həyəcan zirvəyə çatır. Lotereyanın meqa uduşu - Porsche Cayenne avtomobili yaxın günlərdə öz sahibini tapacaq.
“Bakcell olaraq istifadəçilərimizin gündəlik həyatını
zənginləşdirən yeni imkanlar yaratmaq bizim üçün çox önəmlidir. Bu
günə qədər 9 “Zeekr 001” avtomobili və 67 “iPhone 17” uğurla
qaliblərinə təqdim olunub. Bu gün isə böyük sevinc hissi ilə
lotereyamızın meqa hədiyyəsi - “Porsche Cayenne” avtomobilini
diqqətinizə çatdırırıq. Bakcell lotereyasının bütün iştirakçılarına
uğurlar diləyirik!", -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və
korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova
bildirib.
Xatırladaq ki, 31 dekabr tarixində keçiriləcək yekun tirajda
“Porsche Cayenne” avtomobilinin şanslı qalibi elan olunacaq.
Lotereya çərçivəsində abunəçilər “Şans” paketi əldə edərək 200 000
manatlıq meqa hədiyyənin qalibi ola bilərlər.
“Şans” paketləri:
• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES
• 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES
Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı
platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır. Bu günə
qədər Bakcell-in meqa lotereyasında süni intellektin seçimi ilə 9
“Zeekr 001” və 67 “iPhone 17” öz sahiblərinə təqdim olunub.
Lotereya davam edir və növbəti tirajlarda abunəçiləri lüks
hədiyyələr gözləyir! Belə ki, gündəlik və həftəlik tirajların
nəticələrinə uyğun olaraq daha 25 “iPhone 17”lər və 4 ‘’Zeekr 001’’
avtomobili təqdim olunacaq.
Daha ətraflı məlumat üçün: lotereya.bakcell.com
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.