...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Cəmiyyət Materials 3 Oktyabr 2019 17:20 (UTC +04:00)
“Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsininin birgə təşkilatçılığı ilə Lənkəran rayonu, Şıxəkəran kənd tam orta məktəbi və Aşağı Nüvədi qəsəbə tam orta məktəbində “Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Trend-in məlumatına görə, keçirilən tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın adından tədbir iştirakçılarını salamlayaraq, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, təhsil sahəsində uğurlar diləmiş və bütün əhali qrupları kimi uşaqların da daim Müvəkkilin diqqət mərkəzində olduğunu diqqətə çatdırmışdır.

Ombudsmanın əməkdaşı keçirilən tədbirlərdə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı, Pilləli Tədrisi Layihəsi və onun əhəmiyyəti, Müvəkkilin 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti və digər mühüm müddəalar barədə geniş məlumat verib.

Tədbirlərdə gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsi və onların bu dəyərlər ruhunda formalaşmasının zəruriliyi vurğulanıb. Dini radikalizmə və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirləri haqqında da məlumat verilərək, gənclərimizin bu kimi mənfi cərəyanlardan və meyillərdən qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti