...

ABŞ səfiri Salyanda olub (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2019 17:28 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib.
ABŞ səfiri Salyanda olub (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, diplomat Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov ilə görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyatdı. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğuladı və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirdi.

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Salyan Amerika Guşəsi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/SalyanAC/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617 nömrələrinə zəng edəsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti