20 yanvarın canlı şahidi: O gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum

20 yanvarın canlı şahidi: O gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum

Bakı. Samir Əli - Trend:

1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

20 yanvar hadisələrinin canlı şahidi Mənsur Qocayev Trend-ə o müdhiş faciə ilə bağlı yaşantılarını bölüşüb.

Mənsur Qocayev deyir ki, dinc insanlara atəş açılacağını heç kim gözləmirdi:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda silahsız olduğumuz halda bizi gülləbaran etdi. Sovet əsgərləri həmin gecə tankları əliyalın əhalinin üstünə sürürdü. O anları xatırlamaq dəhşətdir. Yanvarın 17-dən küçələrə çıxırdıq, etiraz edirdik. Yolları bağlamışdıq, xalq etiraz edirdi. Yanvarın 19-da gecə saat 12-də Biləcəri istiqamətindən tanklar şəhərə daxil olmağa başladılar. Bir də baxdıq ki, dəbilqəli əsgərlər "Şamaxı yolu" istiqamətindən üstümüzə gəlirlər. İnanmırdıq ki, bizə güllə atarlar. Təxminən 50 metr məsafə qalmış başladılar insanlara atəş açmağa. Əsgərlər avtomatla bizi güllə yağışına tutdular. Yanımızdakı 16 mərtəbədən kimsə aşağı nəsə atdı. Bunu görən əsgərlər binanın həmin mənzilini pulemyotlardan atəşə tutdu. Demək olar ki həmin mənzil tam dağıdıldı".

M. Qocayev deyir ki, əsgərlər dayanmadan dinc sakinlərə atəş açır, kiminsə yaralanmasına yaxud ölməsinə fikir vermirdilər:

"Bir də gördüm, ayağım istiləndi. Baxdım ki, ayaqqabım da cırılıb və ayağımdan qan axır. Əsgərlər isə yaralıları çıxarmağa da imkan vermirdilər. Təcili yardım avtomobilləri bizə yaxınlaşa bilmirdi. Əsgərlər yaralıları götürmək istəyən təcili tibbi yardım avtomobillərini atəşə tuturdular ki, geri qayıtsınlar. Məni zorla güllənin altından çıxarıb Respublika Klinik Xəstəxanasına gətirdilər. Xəstəxana dəhşət idi. Yaralılar və şəhid olanlar xəstəxananın koridorunda düzülmüşdü, yerimək mümkün deyildi. Onları görəndə öz yaram yadımdan çıxdı və xəstəxanada qalmadım. İlkin tibbi yardım göstəriləndən sonra qonşularımın köməyi ilə evə gəldim. Bir gün sonra xəstəxanada əməliyyat olundum və güllə ayağımdan çıxarıldı".

Hazırda əlil olan M. Qocayev deyir ki, həmin gün Azərbaycanın qeyrətli oğulları ölkə üçün şanlı tarix yazdı:

"Həmin gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum. İnsanlar tanklardan, silahlı dəstədən, atəşdən qorxmadan küçələrə çıxdı, azadlıq tələb etdi. Mən həmin etiraz aksiyasında iştirak etdiyim və Azərbaycanın şərəfli övladlarını tanıdığım üçün fəxr edirəm. Bu gün də dostlar, tanışlar məni 20 yanvar hadisələrinin şahidi kimi tanıyır və hörmət edirlər. 3-cü qrup əliləm, hazırda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində işləyirəm".

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb
Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub (FOTO)
Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı
Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB)
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb (FOTO)
Bakı Limanında koronavirusla bağlı "Qaynar Xətt" fəaliyyətə başlayıb
ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib (FOTO)
Müəllim olmaq istəyənlər üçün yeni sənədlər hazırlandı
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib (FOTO)
BSU-da növbəti maarifləndirici tədbir (FOTO)
Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
Koronavirus hansı səthlərdə daha çox yaşayır?
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin görüşü olub (FOTO)
Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək
Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi (FOTO)
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb (FOTO)
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb (FOTO)
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Fevralın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək
Bakı polisi 35 cinayətin üstünü açdı
Atəşkəs snayper tüfənglərlə pozuldu - 24 dəfə
Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi
Bolqarıstanın Energetika naziri: Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq (MÜSAHİBƏ)
Çində koronavirusa yoluxanların 46 faizi sağalıb
İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB 2)
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,8 minə yüksəlib
Mariya Şarapova idman karyerasını bitirir
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb
Türkiyə Suriya ordusuna cavab zərbələri endirir
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)
Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Ucar rayonunda 3 ədəd mina tapıldı
Suya olan tələbatı bu içkilərlə ödəmək düzgün deyil
İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr
İspaniyada təlim-döyüş təyyarəsi qəzaya uğrayıb
ASAN Radio H.Z.Tağıyevə həsr olunan yeni layihə təqdim etdi
Bakıda dönərxanada yanğın olub
Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları regionlarda da fəaliyyət göstərir (FOTO)
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
Bakıda mənzildən meyit tapılıb
Zaqatalada "VAZ" yanıb
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Arktikada ağ ayılar sayılacaq
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bir il ərzində müsadirə edilmiş narkotik maddələrin həcmi açıqlanıb
"TRT Avaz"ın Beynəlxalq Muğam Mərkəzindən canlı efiri (VİDEO)
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)
Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb
Azərbaycanla Britaniya arasında yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə edilib
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
Bütün xəbərlər