...

Azərbaycanda hemofiliyanın ağır formasından əziyyət çəkənlərin sayı açıqlandı

Cəmiyyət Materials 31 Yanvar 2020 23:30 (UTC +04:00)
Azərbaycanda 213 nəfər ağır hemofiliya xəstəliyindən əziyyət çəkir.
Azərbaycanda hemofiliyanın ağır formasından əziyyət çəkənlərin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 213 nəfər ağır hemofiliya xəstəliyindən əziyyət çəkir.

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, həmin xəstələrin 153 nəfəri Hemofiliya A, 60 nəfəri Hemofiliya B formasından əziyyət çəkirlər. Bu xəstələr mütəmadi olaraq, müxtəlif lokalizasiyalı qanaxma və qansızma şikayətləri ilə xəstəxanaya müraciət edirlər.

G.Hüseynova qeyd edib ki, hemofiliyanın ağırlıq dərəcəsi qanda laxtalanma faktor səviyyəsinin faizi ilə ölçülür. Ağır formalı xəstələrdə spontan qanaxmalar müşahidə olunur.

Assosiasiya sədri əlavə edib ki, hemofiliyalı pasientlərin müalicəsi üçün 60 kq bədən çəkisinə görə orta hesabla FVIII - 43 milyon 200 min BV, FIX - 8 milyon 640 min BV dərman preparatına ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti