...

Könüllülük uğura gedən yolda gənclərə yeni stimul oldu (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2020 12:50 (UTC +04:00)

Bakı. Trend:

YAP Gəncə şəhər təşkilatında Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov və gənc könüllülər iştirak ediblər.

Gənclər Fondunun gənclər üçün yatardığı imkanlardan söz açan layihənin rəhbəri Orxan Əhmədov layihə haqqında ətraflı məlumat verib. Orxan Əhmədov “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.

Naqif Həmzəyev ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığı qeyd edib.O, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs, yeni stimul verəcəyini diqqətə çatdırıb. Millət vəkili həmçinin könüllülük hərakatı sayəsində gənclərin ölkəmizdə həyata keçirilən islahatların,inkişafın, tərəqqinin ən fəallarına çevrildiyini xatırladıb və layihə iştirakçılarına uğurlar arzu edib.

Pərvin Kərimzadə və Müşviq Cəfərov da çıxış edərək, ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açıblar. Natiqlər ölkə Başçısının ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclərin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıblar. 2020-ci ilin gənclərimiz üçün könüllülüyün təntənəsinə çevriləcəyindən, Azərbaycanda Könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın bütün respublika ərazisində daha geniş vüsət almasında mühüm rol oynayacağından danışıb, cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə uğurlar arzulayıblar.

Daha sonra gənclər 10 nəfərdən ibarət 5 qrupa bölünərək könüllülük, komanda işi, etiket qaydalarından bəhs edən təlimlərdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti