...

İcazəsiz ov edən şəxslər saxlanılıb

Cəmiyyət Materials 13 Fevral 2020 13:03 (UTC +04:00)
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.
İcazəsiz ov edən şəxslər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən Trend-ə bildirilib ki, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti