...

Rusiyadan gələn avtomobildə dərman preparatları aşkarlandı

Cəmiyyət Materials 12 Mart 2020 17:55 (UTC +04:00)
Rusiya vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.
Rusiyadan gələn avtomobildə dərman preparatları aşkarlandı

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatları, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti