...

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Cəmiyyət Materials 1 May 2020 14:02 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Bakı. Trend:

Daim pasiyentlərin rahatlığını düşünən Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətini tətbiq edib.

Hospitaldan Trend-ə verilən məlumata görə, artıq karantin müddətində və ya özünütəcrid zamanı evdə qalan pasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların distant məsləhətini ala bilərlər.

Distant məsləhəti almaq üçün pasiyent Mərkəzi Gömrük Hospitalının https://customshospital.az veb səhifəsinə daxil olaraq Həkimlər bölməsində tibbi bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsi vasitəsi ilə müraciət edə bilər. Bu xidmət ilk növbədə, karantin dövründə insanların rahatlığı, yəni evdən çıxmadan tibbi yardım üçün müraciət etməsi məqsədilə tətbiq olunub.

Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu proqram haqqında ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti