...

Nazirlik: Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq

Cəmiyyət Materials 17 İyun 2020 13:41 (UTC +04:00)
Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar olaraq cari ildə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.
Nazirlik: Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar cari ildə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavənin (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında və əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti