...

"103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi

Cəmiyyət Materials 24 İyun 2020 09:39 (UTC +04:00)
TƏBİB: "103" və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidmeti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.
"103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi

Bakı İlhamə İsabalayeva - Trend:

"103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.

Bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.

R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib.

Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti