...

Bərdədə ağac kəsən şəxs cəzalanıb

Cəmiyyət Materials 30 İyun 2020 17:17 (UTC +04:00)
Bərdədə ağac kəsən şəxs cəzalanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Trend-ə bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

ETSN Bərdə əhalisinə müraciət edir ki, cərimə edilən bu şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar, həmkəndlilərini ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, qınasınlar ki qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti