...

Trend BİA-nın əməkdaşları fəxri ad və medallarla təltif edildi

Cəmiyyət Materials 22 İyul 2020 17:31 (UTC +04:00)
Trend BİA-nın əməkdaşları fəxri ad və medallarla təltif edildi

Bakı. Trend:

22 iyul 2020-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərancamlara əsasən, Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə bir sıra kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri təltif ediliblər.

Trend xəbər verir ki, kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə mükafatlandırılanlar arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) əməkdaşları da var.

Trend BİA-nın əməkdaşları - Sahil Kərimli "Əməkdar jurnalist" fəxri adı, İlhamə İsabalayeva və Vüqar İmanov isə "Tərəqqi" medalı ilə mükafatlandırılıb. Eyni zamanda, "Day.Az" xəbər portalının əməkdaşı Leyla Tarıverdiyeva da "Əməkdar jurnalist" adına layiq görülüb.

Trend BİA adından mükafatlandırılan əməkdaşlarımızı təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti