Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib (FOTO)

Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Rusiyanın Azərbaycan İcmaları Konfederasiyası Evində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri və fəallarının Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovla görüşü keçirilib.

Trend-in məlumatına görə, akademik Fazil Qurbanov görüşdə iştirak üçün dəvətə vaxtında göstərdikləri reaksiyaya görə RAGB fəallarına təşəkkürünü bildirib. O, Rusiyada azərbaycanlılar və ermənilər arasında baş verən insidentlərin bütün ictimaiyyəti narahat etdiyini qeyd edərək deyib: “Son günlər erməni separatçıları tərəfindən törədilən təxribatçı hadisələr Rusiya cəmiyyətində millətlərarası həmrəyliyin qorunub saxlanması məsələsinə bir çağırışdır. Biz, Rusiyanın çoxmilyonlu Azərbaycan diasporunun nümayəndələri sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməliyik. Rusiya qanunlarının aliliyinin təmin edilməsi, onların dönmədən icra olunması – RF ərazisində yaşayan hər bir insanın borcudur. Məhz bu səbəbdən biz hansısa təxribata Rusiyanın bu və digər formada cəlb edilməsinin əleyhinəyik”.

O qeyd edib ki, qədim tarixə, zəngin mənəvi mədəniyyətə malik azərbaycanlılar hansısa provokasion, qeyri-mədəni hərəkətlərdə və qarşıdurmada iştirak edə bilməz və buna yol verməməlidirlər.

“Həqiqət bizim tərəfimizdədir və onu yumruq gücünə sübut etmək lazım deyil. Erməni işğalçılarına layiqli cavab verən güclü ordumuz var. Bizim borcumuz isə tarixi Vətənimizi onun hüdudlarından kənarda layiqincə təmsil etməkdir. Mən bir daha hər birinizdən təmkinlilik və müdriklik nümayiş etdirmənizi xahiş edirəm”, - deyə Fazil Qurbanov əlavə edib.

Daha sonra çıxış edən professor Kamran Rüstəmov vurğulayıb ki, qəzəblənmiş terrorçu meyilli erməni dəstəsinin bütün dünyada, o cümlədən Rusiya yaşayan dinc azərbaycanlılara hücumu ağrı və ciddi narahatlıq doğurmaya bilməz. Vəziyyətin ölkə ali rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nəzarətə götürüldüyünü bildirən professor deyib: “Biz Azərbaycan diasporunun müraciətini artıq Dövlət Dumasına, Federasiya Şurasına, Daxili İşlər Nazirliyinə, siyasi fraksiyalara göndərmişik. Müraciətdə erməni separatçılarının qarşıdurma təşkil etmək cəhdinin aradan qaldırılmasına kömək göstərilməsi xahiş olunur. Biz azərbaycanlı və erməni gənclər arasında qızğın qarşıdurmanın profilaktikası və buna yol verilməməsi üçün Rusiyanın bütün regionlarında dövlət strukturları ilə əməkdaşlıq etməyə hazır olmağımız barədə məlumat vermişik”.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov gənclərə müraciət edərək, onları zorakılığa səsləyən kütlənin psixologiyasına söykənən şəxsi ambisiyalar üzərində qurulan təhrikedici təxribatlara uymamağa çağırıb. C.Hüseynov deyib: “Bizim tərəfimizdən “Telegram” kanalı yaradılıb. Hər gün bu kanal vasitəsilə baş verən bütün hadisələr, Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı tarixi materiallar əldə etmək mümkündür. RAGB sədr Leyla xanım Əliyeva başda olmaqla bütün təşəbbüslərdə sizi dəstəkləməyə hazırdır, biz daim sizin yanınızda olacağıq!”.

Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev gəncləri xüsusi sayıqlıq nümayiş etdirməyə və Rusiya ərazisində yaşayan bütün azərbaycanlıların nüfuzuna xələl gətirə biləcək hər hansı təxribata uymamağa çağırıb. O xatırladıb ki, Rusiya Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində, o cümlədən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır. İ.Hacıyev xüsusi vurğulayıb ki, Rusiyadakı diasporumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini və xarici siyasətini dəstəkləyir.

Rusiya Dövlət Dumasının ekspert şurasının üzvü İmaməli İmaməliyev Rusiyanı və doğma Azərbaycanı sevən bütün soydaşlarımızı sülhə və əmin-amanlığa, əməyə və quruculuğa, vətəndaş həmrəyliyinə səsləyərək deyib: “Yalnız bununla ölkələrimizin gələcək inkişafını və firavanlığını əldə etmək olar”.

Rusiyadakı Azərbaycan ziyalılarının nümayəndələri Manaf Ağayev, Aybəniz Rüstəmova, Ramin Rəcəbov və RAGB fəalları çıxış edərək görüşün təşkilinə görə akademik Fazil Qurbanova minnətdarlıqlarını bildirib, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda 23 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
"Kazinform" "Türk dünyası" (turkic.world) media platformasına qoşulub (FOTO)
Azərbaycanda elektrik enerjisi istehsalı və ixracı artıb
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Xarici valyutaların manata qarşı məzənnələri
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Azərbaycanın tarixi qələbəsi İƏT-in gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb - Kamaləddin Qafarov
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Ronaldo Ballon d'Or 2021 mükafatlandırma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb
Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
Bütün xəbərlər