...

Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert

Cəmiyyət Materials 7 Avqust 2020 14:38 (UTC +04:00)
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert

Bakı. Trend:

Azərbaycan dövlətinin daxili siyasətinin mühüm istiqaməti olan sosial təminat və sosial müdafiə özünün sistemli və ardıcıl xarakteri ilə böyük nəticələr verməkdə davam edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, məşqulluğa, sosial rifaha və sahibkarlarlığa dəstək pandemiya dövründə özünün artan vüsəti və böyük nəticələri ilə Azərbaycanın başqa ölkələrdən üstünlüklərini bir daha ortaya qoydu. Təkcə mart ayından indiyədək sosial sferada dövlətin gördüyü işlər vətəndaş-dövlət münasibətlərinin nə qədər möhkəm və yaxın olduğunu nümayiş etdirir:

"Hər vaxt olduğu kimi,bu dövrdə də dövlətin hərtərəfli sosial siyasətinin əsas direktivləri şəxsən Prezidentin özü tərəfindən müəyyən edilərək həyata keçirilir. Bu dövrdə də sosial siyasətin əsas sütünlarının şəxsən Prezidentin özü tərəfindən işlənməsi bir daha göstərir ki,cəmiyyətin və insanların taleyi üçün dərin məsuliyyət hissi Prezidentin fəaliyyətinin həlledici motividir. Məhz Prezidentin metdodikası sayəsində Azərbaycanda pandemiyanın cilovlanmasını və sosial rifahın dayanıqlığını eyni vaxtda təmin etmək mümkün oldu.Başqa bir sıra böyük imkanlara malik ölkələr bu böyük problemlərin öhdəsindən eyni vaxtda Azərbaycan qədər uğurla gələ bilmədilər. Cəmi 5 ayda 5 milyondan çox vətəndaşımıza 3,5 milyard manatdan artıq ən müxtəlif sosial rifah növlərində dəstək vermək olduqca böyük nəticədir.Həm də Azərbaycan rəhbəri bu böyük nailiyyəti dünyada enerjinin qiymətinin tənəzzülü şəraitində daxili iqtisadi dayanıqlığı saxlamaqla paralel əldə edə bilib.Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi məşqulluq və sosial rifaha dəstək proqramlarının bir mühüm fərqli xvüsusiyyəti də odur ki,bu layihələr həm də ölkədə iqtisadi fəallığın artımını təşviq edən mühüm vasitəyə çevrilə bilir. Bu bir daha Azərbaycanda sosial dəstək paketlərinin hərtərəfli düşünülmüş,sistemli və inkişafa yönəlik xarakter daşıdığını təsdiqləyir.

Həyata keçirilən məşqulluq, sosial rifaha dəstək və sisial təminat növlərinin sayına görə Azərbaycan yaxşı mənada istənilən dövlətlə rəqabətə gedə bilər. Demək olar ki, pandemiya dövründə heç bir sosial dəstək layihəsi yarımçıq saxlanmadı,hər biri yeni-yeni forma və məzmunlar almaqla davam etdirildi. Pandemiya dövrü üçün xarakterik sosial dəstək layihələrinin arxasında fasiləsiz və səmərəli işləyən "beyin mərkəzi"görünür ki,onun əsas güc mənbəyi şəxsən Prezidentin ölkəyə, cəmiyyətə və hər bir vətəndaşa gərək olmaq düşüncəsidir.Həm dövlət, həm də özəl sektorun milyon yarımdan çox işçisinin əmək haqqının dövlət hesabına ödənməsi heç də hər ölkənin praktikasında rast gəlinən üsul deyil və heç də hər yerdə Azərbaycandakı qədər effektli ola bilmədi.Sosial dəstəyin elə növləri Azərbaycanda həyata keçirilir ki, başqa heç bir ölkədə onlara rast gəlinmir .Pandemiya dövründə bir daha şahid olduq ki,Azərbaycanda Prezidentin əsas tutduğu sosial fəaliyyətlər konsepsiyasi dinamik,çevik və özünü təkmilləşdirmək xarakterinə malikdir.Pandemiya dövrü şərti mərhələlərə ayrılsa, hər birində hansısa keyfiyyət və kəmiyyət dəyişikliyinin şahidi oluruq. Cəmi bir neçə ayda ünvanlı yardım alan ailələrin sayını 38 mindən 90 minə çıxarmaq böyük işdir və təkcə maliyyə-iqtisadi potensial yox,həm də böyük səylər və əzmkarlıq tələb edir .15 mindən çox tənhaya evində sosial xidmətlərin təşkili,yüz min aztəminatlı ailəyə ərzaq yardımı etmək, əhaliyə güzəştli komunal limitləri əhəmiyyətli dərəcədə artırmaq insanların tələblərinə tam cavab verən dövlət addımlarıdır.

Azəbaycan ağır pandemiya dövründə dünyaya həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti