...

Oğuzda 500 abonentə qazın verilməsi bərpa edildi

Cəmiyyət Materials 24 Avqust 2020 10:41 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sərt hava səbəbindən qazsız qalan Oğuz sakinlərinin problemi həll olunub.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, 500 abonentə qaz verilməsi bərpa edilib:

"Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasarın orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşması səbəbindən xətlər yararsız hala düşmüşdü. Nəticədə 500 abonentin qaz təhcizatında müvəqqəti fasilə yaranmışdı. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız problemin həlli üzərində işlər gördülər. Hazırda sözügedən abonentlərə qazın verilməsi bərpa olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti