...

Azərbaycanda 152 nəfər koronavirusa yoluxdu, 111 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Cəmiyyət Materials 24 Avqust 2020 16:46 (UTC +04:00)
Azərbaycanda 152 nəfər koronavirusa yoluxdu, 111 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890 ötən müddət ərzində isə ümumilikdə 878 667 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti