...

USAID-in maliyyə dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti 3500 ailəyə ərzaq və gigiyena məhsulları çatdırıb (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2020 13:22 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

ABŞ-ın İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çalışqan könüllüləri pandemiya dövründə çətinlik çəkən ailələrə daha 7000 qutu qida və gigiyena məhsulu çatdırırlar.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu tədarüklər ölkənin səkkiz bölgəsində 3500 ailəyə kömək edəcəkdir. Bu, COVID-19-a cavab məqsədilə USAID-in Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (IFRC) maliyyə dəstəyi çərçivəsində çətinlik çəkən ailələrə ikinci yardım çatdırılmasıdır.

Senytyabrın 2-ində ABŞ Səfiri Lee Litzenberger işçilərin və könüllülərin yardım qutularını qablaşdırdığı və yüklədiyi anbarda Azərbaycan Qızıl Aypara vitse-prezidenti Qafar Əsgərzadə və baş katib Ceyhun Mirzəyevlə görüşdü. “ABŞ Covid-19 qlobal pandemiyasının yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün çalışarkən Azərbaycan xalqının yanında olmağa davam edir. USAID vasitəsilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Covid-19 cavab səylərini dəstəklədiyimiz üçün qürur duyuruq” deyə səfir Litzenberger bildirib.

USAID-in IFRC-yə verdiyi dəstəklə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 800-dən çox könüllüyə bu pandemiyaya cavab vermək üçün təlim keçə bilib və Covid-19-dan qorunmaq barədə müasir məlumatlarla ölkə daxilində təxminən 200 min fərdi əhatə edib. Onlar pandemiya dövründə sıxıntı keçirənlərə psixososial dəstək də verə biliblər.

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti ən həssas təbəqəyə - qocalara, xroniki xəstəlikləri olan şəxslərə və ya əlillərə, evlərini tərk edə bilməyənlərə əl uzadır, onları qida, gigiyena məhsulları və gündəlik işlərində kömək ilə təmin edir. USAID-in dəstəyi ilə Qızıl Aypara komandaları bu çətin anlarda ehtiyac çəkənlərə lazım olan köməkləri göstərməyə davam edəcəklər”deyə IFRC-nin Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Olqa Cumayeva bildimişdir.

Ümumilikdə, Amerika Birləşmiş Ştatları pandemiyanın səhiyyə və iqtisadi təsirlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə Azərbaycana 4,6 milyon dollardan çox vəsait ayırmışdır. Qlobal səviyyədə ABŞ pandemiya ilə mübarizə üçün 20,5 milyard dollar yardım ayırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti