...

Nazirlik vətəndaşları qeyri-qanuni ov edənlərlə mübarizəyə çağırır

Cəmiyyət Materials 11 Sentyabr 2020 16:21 (UTC +04:00)
Nazirlik vətəndaşları qeyri-qanuni ov edənlərlə mübarizəyə çağırır

Bakı. Elçin Mehdiyev - Trend:

Çox təəssüf ki, bu gün qeyri-qanuni və asan yolla ov etmək üsulu seçilir.

Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımında deyib.

O qeyd edib ki, qeyri-qanuni ova qarşı mübarizə tədbirləri davam etdirilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq mühafizə orqanları ilə birgə qanunsuz ovçuluğa qarşı mübarizə aparır. Bu kimi hallar olduğu tədqirdə insanlar dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versə, daha səmərəli tədbirlər görülər. Vətəndaşlar da bu istiqamətdə öz köməkliyini göstərməlidir. Hətta, belə hallarla qarşılaşan vətəndaşlar da öz iradlarını bildirməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti