...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

Cəmiyyət Materials 30 Sentyabr 2020 16:30 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Nazirlikdən Trend-ə bildirilib ki, Sərəncama uyğun olaraq, Nazirlik sistemindən 66 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıblar.

Onlar işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti