...

Azərbaycanda oktyabrın 10-dan sonra koronavirusa yoluxma sayında 10 dəfə artım olub - ÜST

Cəmiyyət Materials 20 Noyabr 2020 14:06 (UTC +04:00)
Azərbaycanda oktyabrın 10-dan sonra koronavirusa yoluxma sayında 10 dəfə artım olub - ÜST

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda oktyabrın 10-dan sonrakı dövr ərzində COVİD-19-a yeni yoluxma sayında 10 dəfə artım müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Qış fəslinin gəlməsi ilə əlaqədar şimal yarımkürəsindəki bütün ölkələrdə artımın müşahidə edildiyini deyən H.Harmancı qeyd edib ki, bu, dünya, eləcə də Azərbaycan üçün önəmli məsələdir:

“Xəstəlik təhlükəsi hələ davam edir. Biz bunu eşitməkdən yorula bilərik, amma virus insanları yoluxdurmaqdan yorulmadı. Digər dövlətlərdə olduğu kimi Azərbaycanda da vəziyyət ciddidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti