...

“Virtual məktəb”də bir həftə ərzində keçirilmiş dərslərin sayı 6 milyonu ötdü

Cəmiyyət Materials 2 Dekabr 2020 09:55 (UTC +04:00)
“Virtual məktəb”də bir həftə ərzində keçirilmiş dərslərin sayı 6 milyonu ötdü

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də bir həftə ərzində keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir.

Belə ki, 22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 328 168, müəllimlərin sayı 124 632, aktiv istifadəçi sayı 940 454 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti