Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

Bakı. Trend:

2020-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.

MDU-dan Trend-ə bildirilib ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızda sonsuz fəxarət və sevinc hissləri yaradan möhtəşəm zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Konfrans üçün seçilmiş mövzunun aktuallığından bəhs edən Ş.Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsəində inkişaf etdirilən hərtərəfli inkişaf konspesiyasının məzmununda innovasiyaların yaradılmasına və innovativ yanaşmanın tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirib. Üç bölmə və 12 istiqaməti əhatə edən konfransın ölkəmizin təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayan rektor bu elmi tədbirə respublikamızın 22 ali təhsil müəssisəsini, AMEA-nın 8 sahə elmi-tədqiqat institutunu və digər 6 təşkilatı təmsil edən 270 nəfər müəllifdən ümumilikdə 230 məqalə və tezisin təqdim olunduğunu diqqətə çatdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “Regional inkişafda elm, təhsil və innovasiyaların artan roluna müasir baxış” mövzusunda çıxış edib. Tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edən B.Əliyev işğaldan azad edilmiş bölgələrimizin dirçəldilməsi və inkişafına başlanıldığı bir dövrdə belə bir mövzuda konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Dördüncü sənaye inqilabının əsas çağırışlarından bəhs edən B.Əliyev innovativ inkişafı təmin edə bilən ali təhsil proqramlarının hazırlanması, onların çevik yenilənməsi, ali təhsil müəssisələrində startapların tədris prosesinə inteqrasiyası, dövlət, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi, elmi fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, sahibkarlarlıq subyektləri ilə elm və ali təhsil müəssisələrinin birgə fəaliyyətinin önəmi və digər məsələlər barədə fikirlərini bölüşüb. İnnovasiya siyasəti barədə beynəlxalq təcrübədən və regionların inkişafı sahəsində universitetlərin davamlı artan rolundan danışan B.Əliyev sözügedən məsələlərin hazırlanmaqda olan “Ali təhsil haqqında” Azərbaycan Respublikasının qanunu layihəsinin müvafiq müddəalarında əks olunacağını bildirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli “Yüksək texnologiya parkları və startapları regional ekosistemin inkişafının hərəkətverici amilləri kimi” mövzusunda çıxış edib. Yüksək texnologiyaların həyatımızda mühüm rol oynadığını, rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli təsir göstərdiyini qeyd edən T.Kərimli ekosistemin modernləşdirilməsinin mühüm amili kimi texnoparkların yaradılması və onların fəaliyyətinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. O, neft-qaz ixrac edən ölkədən yüksək texnoloji məhsullar ixrac edən ölkəyə transformasiya prosesinin hərəkətverici qüvvəsi kimi innovasiya infrastrukturlarının əhəmiyyətini diqqətə çatdırıb.
MDU-nun rektoru Ş.Bayramov “İnnovativ inkişaf müasir dövrün əsas çağırışı və davamlı artımın zəruri şərtidir” mövzusunda çıxış edib. İnnovativ inkişafın davamlı iqtisadi artımın təmin edilməsindəki mühüm rolundan bəhs edən Ş.Bayramov ölkəmizdə innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçid istiqamətində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb. Son dövrdə Azərbaycanın özünəməxsus innovativ idarəetmə modelinin formalaşdığını vurğulayan Ş.Bayramov yaradılan yeni institusional mexanizmlərin ölkəmizdə iqtisadi artımın dayanıqlığının gücləndirilməsinə xidmət etdiyini bildirib. Ölkəmizdə innovasiya ekosisteminin inkişafında ali təhsil müəssisələrinin rolunu vurğulayan rektor universitetlərin “təhsil–tədqiqat–innovasiya” formatında inkişafının təşviq edilməsi məsələlərinə toxunub və qeyd olunan istiqamətlər üzrə MDU-da görülən işlərdən danışıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası (İES)” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dosent Təhmasib Hüseynov “Cənubi Qafqazın ən böyük elektrik enerjisi müəssisəsi: əsaslı yenidənqurulma, müasir texnologiya, artan potensial” mövzusunda çıxış edib. Cənubi Qafqazın ən böyük elektrik enerjisi istehsalı müəssisəsi olan “Azərbaycan İES”-in innovativ əsaslarla yenidən qurulduğunu diqqətə çatdıran T.Hüseynov elektrik enerjisi istehsalının artmasında və texnoloji prosesin təkmilləşdirilməsində innovasiyaların rolundan bəhs edib.

Plenar iclasın sonunda Azərbaycan Texniki Universitetinin, Lənkəran Dövlət Universitetinin və digər qurumların təmsilçiləri konfransın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Sonra, konfransın bölmə iclasları (Təbiət və texnika; İqtisadiyyat və idarəetmə; Təhsil və humanitar) keçirilib. Konfrans öz işini 12 dekabr tarixində davam etdirəcək.

Qeyd edək ki, MDU-nun evsahibliyi ilə keçirilən elmi konfransın əsas məqsədi iştirakçılara seçilmiş mövzu üzrə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək imkanı yaradılmasından ibarət olub.

Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Loading Bars
Xəbər lenti
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Bütün xəbərlər