...

Hidrometeorologiya Xidmətindən hava xəbərdarlığı

Cəmiyyət Materials 29 Yanvar 2021 14:13 (UTC +04:00)
Hidrometeorologiya Xidmətindən hava xəbərdarlığı

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti