Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş silahların torpağa vurduğu ziyanla bağlı monitorinqlər davam etdirilir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, dövlət başçısının sərəncamı ilə yaradılan Qərargahın işçi qruplarından biri də ekologiya məsələləri ilə bağlıdır. İşçi qrupunun tədbirlər planında həmin məsələ öz əksini tapıb.
“ETSN, FHN, NRYTN nəzdində nüvə tədqiqatları mərkəzi və AMEA-nın Radiasiya Problemləri İnstitutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirir. Ötən həftə işğal olunmuş ərazidə olan ekspedisiya üzvləri qayıdıblar. İlk olaraq prosesə Zəngilandan başlanılıb. Növbəti mərhələdə digər ərazilərdə də monitorinq keçiriləcək”.