...

Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

Cəmiyyət Materials 10 Aprel 2021 16:34 (UTC +04:00)
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti