...

Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA

Cəmiyyət Materials 16 May 2021 11:51 (UTC +04:00)
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda yoluxma tempi aşağı düşüb və bu da əlbəttə ki, həyata keçirilən karantin tədbirlərinin nəticəsidir: “Eyni zamanda, vaksinasiya prosesi gedir, ancaq zəif gedir. Hesab edirəm ki, vaksinasiya prosesini bir az sürətləndirmək üçün tədbirlər görülməlidir, həm vətəndaşlarımız məsuliyyəti artırılmalıdır, həm də hökumət qurumları bu işdə fəallıqlarını artırmalıdırlar.

Ölkəmizdə vaksinasiya olunanlarla yoluxanların ümumi sayı 2 milyon həddindədir. Bu da bizə əsas vermir ki, karantin rejimini yumşaldaq və daha sərbəst həyat rejiminə keçək. Yəni hələ ki, əhalinin 20 faizi vaksinasiya olunub və ya yoluxub. Vaksinasiya prosesini sürətlnədirməklə heç olmasa 40 faiz əhali əhatə olunsa, karantin rejiminin yumşaldılması barədə düşünə bilərik.

Amma hələlik hesab edirəm ki, yay fəsli gəldiyinə görə, havalar istiləşdiyinə görə insanların Günəş şüası almağa, vitamin toplamağa daha çox ehtiyacı var. Bu baxımdan, fərdi qaydada rayonlarda karantin rejimini yumşaltmaq olar, ancaq hələlik Bakı üçün bunu söyləməyə çətinlik çəkirəm, çünki Bakıda həm əhali daha sıxdır, həm də yoluxma daha çoxdur. Azərbaycan kiçik ölkədir və Bakıdan rayonlara getmək çətin deyil. Bütün bunlar hamısı konkret fikir söyləməyi çətinləşdirir, amma ümumi tendensiya odur ki, yoluxma azalmaya doğru gedir və bu da bizə imkan verə bilər ki, müəyyən qədər karantin rejimini yumşaldaq. Yaxud da ki, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

Hesab edirəm ki, yoluxma bir az da aşağı düşsə, vaksinasiya prosesi bir az da sürətlənsə, açıq havada maskasız gəzməyə keçə bilərik. Amma digər karantin tədbirləri hələlik saxlanmalıdır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti