...

Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Cəmiyyət Materials 28 İyul 2021 18:31 (UTC +04:00)
Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Bakı. Çingiz Səfərli - Trend:

Bu ilin ilk 6 ayı ərzində 257 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 8 nəfərin isə vətəndaşlığı bərpa olunub.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

2021-ci ildə Azərbaycanda qaçqın statusunda yaşayan əcnəbilərin sayı isə 47 nəfərdir. Bu rəqəm ötən illə müqayisədə 1 nəfər və ya 2 faiz azdır.

Qaçqın statusunda yaşayanlardan 34 nəfəri İrandan, 9 nəfəri Əfqanıstandan, 3 nəfəri Pakistandan və 1 nəfəri Liviyadandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti