...

BİRLinkdən 15 sentyabr “Bilik günü”nə özəl aksiya

Cəmiyyət Materials 10 Sentyabr 2021 16:08 (UTC +04:00)
BİRLinkdən 15 sentyabr “Bilik günü”nə özəl aksiya

Bakı. Trend:

Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkətininə məxsus “BİRLink” brendi 15 sentyabr “Bilik günü” münasibətilə özəl aksiyaya start verir. Belə ki, 18 sentyabra kimi “BİRLink” şəbəkəsinə qoşulmaq üçün müraciət edən abunəçilərə seçdikləri tarifə uyğun əlavə 10 m/s hədiyyə olunacaq.

Qeyd edək ki, “BİRLink” brendi optik İnternet abunəçilərinə “Filtrasiyalı İnterneti” xidmətini də təqdim edir. Filtrasiyalı İnternet xidməti +18 və qeyri-etik məzmuna malik veb-resurslara, zorakılığı, ekstremizmi və şiddəti təbliğ edən məzmunlara, böyüklər üçün nəzərdə tutulan sosial şəbəkələrə və tanışlıq saytlarına və s. yolverilməz onlayn resurslara daxil olmanı əngəlləyir və beləliklə, azyaşlılar İnternetdə olduqları zaman bu kimi təhlükəli məzmunlardan qorunmuş olurlar. BİRLink “Filtrasiyalı İnternet” xidmətinin üstünlüklərindən biri də odur ki, BİRLink abunəçiləri istifadə etdikləri filtrasiya xidmətini istənilən vaxt şəxsi kabinet vasitəsilə aktivləşdirilə və ya söndürə bilər. Hazırda bütün BİRLink İnternet abunəçiləri cüzi aylıq ödəniş müqabilində “Filtrasiyalı İnternet” xidmətinə qoşula və övladlarını İnternetin hər cür zərərli təsirlərindən sığortalaya bilərlər.

BİRLink brendi haqqında:

ENGİNET şirkətinin ticarət markası olan BİRLink – FTTH (Evədək optika) texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan filtrasiya xidməti, rəqəmsal telefoniya və televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti