...

Azərbaycanda 1 196 nəfər COVID-19-dan sağalıb, 904 nəfər yoluxub

Cəmiyyət Materials 8 Oktyabr 2021 18:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6 638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti