...

AzMİU-da maaşlar 20 faiz artırıldı

Cəmiyyət Materials 5 Noyabr 2021 14:24 (UTC +04:00)
AzMİU-da maaşlar 20 faiz artırıldı

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində maaşlar 20 faiz artırılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, Zəfər bayramı ərəfəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin və əməkdaşların maddi rifah halının yaxşılaşdırılması üçün əmək haqları orta hesabla 20 faiz qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti