...

Azərbaycana qış gəldi

Cəmiyyət Materials 21 Dekabr 2021 19:59 (UTC +04:00)
Azərbaycana qış gəldi

Bakı. Trend:

Bu gün saat 19:59–da Azərbaycana qış gəlib.

Bu barədə Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Bu gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti