...

100 illiyin könüllüləri (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2021 21:39 (UTC +04:00)
100 illiyin könüllüləri (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dekabrın 17-də keçirilən təntənəli 100 illik yubiley mərasiminin təşkilində universitetin tələbələrinin böyük rolu olub. Belə ki, mərasimə hazırlıq və yubileyin keçirilməsində ADPU-nun 50 nəfərdən çox ictimai fəal, təşkilatçı tələbələri iştirak edib.

ADPU-dan Trend-ə verilən məlumata görə, könüllülər universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin idarəçiliyində möhtəşəm komanda işi sərgiləyərək tədbirin yüksək səviyyədə təşkilində əvəzsiz xidmətlər göstərmişlər.

Dekabrın 25-də universitetdə bu tələbələrlə görüş keçirilib. Görüşdə ADPU-nun prorektoru professor Fikrət Rzayev, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və mətbuat katibi Cavid Hüseynov iştirak edib.

Könüllü tələbələr önündə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev bildirib ki, tələbələrimizin bu cür peşəkar tədbirlərdə qazandıqları təcrübələr bizləri sevindirir və bu onların gələcək fəaliyyətlərində böyük stimul yaradacaq. Bu gün Pedaqoji Universitetin tələbə-gənclərinin ictimai həyatda iştirakçılığı yüksələn xətt üzrə müsbət yöndə inkişaf edir. Universitetin 100 illik yubiley tədbiri də buna ən yaxşı misallardandır.

Daha sonra könüllülərə universitet rəhbərliyi adından fəxri fərmanlar, simvolik yubiley hədiyyələri və nəşrləri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti