...

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında idmanın insan həyatında əhəmiyyəti, onun insan sağlamlığına təsiri haqqında fkirlərini bölüşüb

Cəmiyyət Materials 5 Mart 2022 10:36 (UTC +04:00)

Bakı. Trend:

5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Təsadüfi deyildir ki, indi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

İdman – fiziki aktivlik sağlamlıqdır, gümrahlıqdır. Düsünsək ki, ümümiyyətlə, insan bədəni hərəkət ücün nəzərdə tutulub, bu fikir tam özünü doğruldur. XXI əsrdə dünya əhalisinin böyük hissəsi hər gün vaxtının çoxunu kompüter qarşısında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Texnoloji tərəqqi cəmiyyətimizi hipodinamik şəraitdə yaşamağa meyilləndirir.

Fiziki passivlik müasir dövrün səhiyyəsinin ən boyük problemləri sirasındadır. Ümumdünya Səhiyyə Təşkilatının nəzdində fəaliyyət göstərə “Global Health Observatory” araşdırma təşkilatının mənbələrinə gorə fiziki passivlik və hipodinamya ümümi olüm risk faktorlarının arasında 4-cü yerdədir.

Fiziki passivlik ürək-damar, şəkərli diabet və xərcəng kimi xəstəliklərın gedişatını ağırlaşdırır. ÜST-ün hesabatlarına əsasən dünya15 yaşından yuxarı əhalisinin 31,1%-i fiziki passivdir. 13-15 yaşlı yeniyetmələr ilə də vəziyyət ürəkaçan deyil - 80% yeniyetmələr gündəlik minimal 60 dəqiqəlik aktivlik rejiminə riayət etmirlər. Qızlar oğlanlardan daha passivdir. Fiziki passivlik - gündə ən azı 30 dəqiqə, yəni həftədə 5 gün orta intensivlikdə idmanın olmamasıdır.

Bəs orta intensivli fiziki aktivlik nə deməkdir? - Bu elə aktivlikdir ki, standart rahat vəziyyətdən 3 dəfə artıq enerji tələb edir. Məsələn, orta templə yürüs,velosiped sürmə, tennis, üzgücülük və digər idman növləri ilə məşğul olmaq.

Qeyd edim ki, trenajor zalında çəki ilə işləmə standart tələb olunan fiziki aktivliyə aid deyil. Bədən ücün ən vacib məşqlər xüsusi avadanlıq tələb etmir. Yaşı 65-dən yuxarı olan insanların fiziki aktivlik proqramına balans və koordinasiya məşqlərinin əlavə edilməsi məsləhətdir. Bu, yıxılmalar nəticəsində travmaların riskini azaldır.

Fiziki passivlik insan yaşlandıqça artır. Tədqiqatlara əsasən bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzən isə daha güclü effekt göstərir.

Fiziki aktivliyin orqanizmə müsbət təsiri elmlə sübüt olunmuşdur. Belə ki, fiziki aktivlik:

• Qlükozanın (şəkərin) və insulinin balansını tənzimləyir;

• Ürəyin koronar damarlarında qan axarını artırır;

• Qan təzyiqini aşağı salır;

• Trombların yaranması riskini azaldır;

• Sistem iltihabını azaldır;

• Qanda lipid profilini yaxşilaşdırır - “yaxşı” yağların - lipoproteidlərin səviyyəsini artırır, “pis” yağların səviyyəsini azaldır.

Bununla yanaşı, fiziki aktivlik insanın ümumi əhavalını yaxşılaşdırır - depressiya, stress və gərginliyi azaldır. Gündəlik idman proqramınıza ümumi bədənin sağlamlığına, tez-tez müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətləri əlavə etmək məsləhətdir. Bu idman hərəkətlərini siz Mərkəzi Gömrük Hospitalının saytında “Düz qamət - sağlam həyat” rubrikasından oyrənə bilərsiniz. Linki Sizə təqdim edirik. https://customshospital.az/hekim-mesleheti-duz-qamet/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti