...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 18 Mart 2022 18:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 052 vaksin vurulub.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 835, ikinci doza vaksinlərin sayı 1 981 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 417-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 819 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 338 542, birinci doza peyvəndlərin ümumi sayı 5 317 920, ikinci doza vaksinlərin sayı 4 811 119 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 986 755, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 222 748 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti