...

ADPU və GRUNİ arasında virtual mübadilə davam edir (FOTO)

Cəmiyyət Materials 17 May 2022 13:59 (UTC +04:00)
ADPU və GRUNİ arasında virtual mübadilə davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq layihələr və qrantlar şöbəsinin təşəbbüsü və Xarici Dillər Mərkəzinin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində yerləşən Qriqol Robakidze Universiteti (GRUNİ) ilə birgə virtual mübadilə layihəsi davam edir.

Layihə çərçivəsində növbəti birgə virtual dərs mayın 14-də keçirilib. ADPU-nun Xarici Dillər Mərkəzinin müəllimləri Mirvari Qasımova və Yasəmən Babayeva “Brands” mövzusunda interaktiv praktik dərs keçiblər. Dərsin əsas məqsədi mövzu ilə bağlı spesifik lüğətin (yeni sözlərin) mənimsədilməsi və praktik çalışma və müzakirə yolu ilə sözlərin möhkəmləndirilməsi idi.

Dərs məşhur brendlərə dair kiçik müzakirə ilə başladı, sonra yeni sözlər və onların mənasına dair təqdimat oldu. Mövzuya dair autentik dinləmə materialı ilə qavrama vərdişi üzərində iş aparıldı. Dinləyərək anlamanın yoxlanılması video material əsasında tərtib edilmiş doğru/yalnış tipli sualların müzakirəsi ilə, lüğətin möhkəmləndirilməsi isə yeni sözlərə dair kvizin qrup şəklində işlənilməsi ilə həyata keçirildi.

Dərsin köməkçi məqsədləri - məşhur brendlər, onların yaranma tarixi və məqsədləri barədə fikir formalaşdırmaq, dinləmə ilə qavrama vərdişlərini, müzakirə ilə şifahi nitq vərdişlərini məşq etdirmək idi.

Növbəti birgə virtual dərs mayın 21-də keçiriləcək. Virtual mübadilə çərçivəsində bu son dərs gürcü həmkarları tərəfindən aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti