...

ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib

Cəmiyyət Materials 18 May 2022 11:27 (UTC +04:00)
ADU-nun Konfutsi  İnstitutunda  “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib

Bakı. Trend:

ADU-nun Konfutsi İnstitutunda “Şuşa, sən azadsan” adlı tələbə seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını vurğulayıb. O , Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. R.Abbasov şəhərin inkişafına dair xüsusi qərarların məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini vurğulayıb.

Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən danışıb. O, Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.

Tədbirdə çıxış edən ADU nəzdində Konfutsi İnstitutunda istehsalat təcrübəsi keçən Fəridə Həsənova strateji mövqeyi ilə seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldığını, işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin dağıldığını qeyd edib.

O, 44 günlük Zəfər müharibəsində tarixə qızıl hərflərlə yazılan 2020 –ci il 8 noyabr Şuşanın işğaldan azad edilməsi haqqında da ətraflı danışıb. Cənab Prezidentimizin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2022-ci ili “Şuşa ili”elan etdiyinidə vurğulayıb.

F. Həsənova Şuşanı tərənnüm edən digər gözəlliklərdən biri də Xarı bülbül olduğunu , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının əzəmətindəndə bəhs edib.

Seminarda ADU-da təhsil alan çinşünas tələbələr Azərbaycan və Çin mədəniyyətinin milli rəmzlərinə həsr olunmuş “Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər” eyni zamanda “Xarı bülbül” və “Bülbül və qızılgül” simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair xanım Ağabəyim Ağa yaradıcılığında Xarı bülbülü tərənnüm edib. Qarabağı vəsf edən xalq mahnısı “Sarı bülbül” mahnısı unudulmur, bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarı bülbül elementindən geniş şəkildə istifadə olunur.

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti