...

Azərbaycanda su ehtiyatları hansı səviyyədədir? - Nazirlikdən AÇIQLAMA

Cəmiyyət Materials 18 May 2022 13:40
Azərbaycanda su ehtiyatları hansı səviyyədədir? - Nazirlikdən AÇIQLAMA

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda su ehtiyatlarının həcmi ötən ilin su təsərrüfat balansına əsasən 24 milyard kubmetr olub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatlar 15 milyard kubmetr, Təqribən 9 milyard kubmetri isə yeraltı sulardır.

M.Əbdülhəsənov əlavə edib ki, suyun 11 milyard kubmetri xaricdən formalaşaraq ölkəmizə daxil olur, 4 milyard kubmetri isə ölkə ərazisində formalaşır.

"Bu rəqəmlər onu göstərir ki, su ehtiyatlarımız getdikcə azalır. Bu, son 20 ildə 15% azalma deməkdir. Bunun əsas səbəbləri isə son illərdə temperaturun yüksəlməsidir. Bunun qarşısının alınması üçün tədbirlərə misal olaraq sudan qənaətlə istifadə texnologiyaları, damcılı, səpgili suvarma sistemlərni göstərmək olar. Ümumilikdə götürsək, Azərbaycan əhalisinin su ilə təminatında, kənd təsərrüfatı sahəsində bitkilərin suvarılmasında heç bir çətinlik yoxdur. Bütün su ehtiyatları dövlət tərəfindən qorunur. Kifayət qədər su ehtiyatımız var, ancaq azalmalar müşahidə edilir. Azərbaycanın su ehtiyatlarının 5 milyard kubmetri işğaldan azad edilən torpaqlarda formalaşır. Bütün bunlar ölkəmizin su ehtiyatına müsbət təsir göstərir", - o deyib.

Şöbə müdiri onu da bildirib ki, Kür və Araz çayları ölkəmzin su ehtiyatının formalaşmasında xüsusi rol oynayır. Bu çaylar tənzimlənən çaylardır. Həmin çayların üzərində su anbarları var. Bu il ötən ilə nisbətən xeyli su artıq yığmışıq. Bu, bizə suyun daha rahat nizamlanmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti