...

Bu gün "Teknofest" ərazisi 20:30-a qədər izləyicilər üçün bağlı olacaq

Cəmiyyət Materials 28 May 2022 09:37 (UTC +04:00)
Bu gün "Teknofest" ərazisi 20:30-a qədər izləyicilər üçün bağlı olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbəbr verir ki, 28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan"a bilet əldə etmiş izləyicilər saat 20:30-dan sonra festivala daxil ola biləcəklər:

"28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər" - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti