...

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur (FOTO)

Cəmiyyət Materials 21 İyun 2022 10:35 (UTC +04:00)
Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə,Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur.

Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.

Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər (18 uşaq və 10 ana) yararlanır.

Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən keçir və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inqalyasiya, massaj, naftalan müalicələrini qəbul edirlər.

Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunur.

Xəbərlər və yeniliklər

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.

Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər (18 uşaq və 10 ana) yararlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti