...

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları olub (FOTO)

Cəmiyyət Materials 23 İyun 2022 09:13 (UTC +04:00)
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları olub (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti