...

Həsrətini çəkdiyim torpaqalara qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm - Zabux sakini

Cəmiyyət Materials 29 Avqust 2022 10:21 (UTC +04:00)
Həsrətini çəkdiyim torpaqalara qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm - Zabux sakini

Bakı. Trend:

Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi xəbərini ailəlikcə sevinc hissi ilə qarşıladıq.

Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kəndindən olan keçmiş məcburi köçkün Məhər Quliyev deyib.

Onun sözlərinə görə, bu xəbər bizim 30 illik torpaq, vətən, yurd həsrətimizə son qoydu.

"Mən bir Zabuxlu olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdaram. Zabuxun ermənilərdən təmizləndiyini eşidəndə 30 ildir ki, həsrətini çəkdiyim torpaqalara qayıdacağım günü böyük səbirsizliklə gözləyirəm. Sağ olsun, Prezident İlham Əliyev və Azərbaycan Ordusu bizi öz doğma torpağımıza qovuşdurdu", - deyə Məhər Quliyev bildirib.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Hazırda qeyd olunan ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti