...

Dövlət sifarişli ali təhsil üçün ayrılan vəsait artırılır

Cəmiyyət Materials 4 Noyabr 2022 14:32 (UTC +04:00)
Dövlət sifarişli ali təhsil üçün ayrılan vəsait artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün ayrılan vəsait artırılır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Sənəddə bildirilir ki, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur.

Ümumilikdə, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti