...

Quintessenz nəşriyyatı dünyanın ən böyük stomatoloji nəşriyyatı kimi tanınır (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2023 10:52 (UTC +04:00)

Bakı. Trend:

Quintessenz nəşriyyatı dünyanın ən böyük stomatoloji nəşriyyatı kimi tanınır.

Quintessenzdə bu vaxta qədər yüzlərlə kitab, onlarla beynəlxalq jurnal 30-a yaxın ölkədə fərqli dillərə tərcümə olunaraq yayımlanıb.

2012-ci ildən etibarən isə implantoloq ağız cərrahı Dr. Emil İmanov Quintessenz nəşriyyatının Azərbaycan bölməsinin əsasını qoyaraq ona rəhbərlik həyata keçirməkdədir.

Bu günə qədər bir neçə elmi-praktik jurnal Azərbaycan dilinə tərcümə olunmuşdur. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında “İmplantologiya” adlı illik məqalələr kitabı nəşr olundu və bu kitabda dünyada Quintessenz-in fərqli jurnallardan olan seçmə məqalələri götürülərək Azərbaycan dilinə tərcümə olundu.

Komanda şəklində həyata keçirilən bu prosesdə Azərbaycanın stomatologiyanın müxtəlif sahələrində seçilmiş mütəxəssisləri, alimlər iştirak etdilər. Fərqli bölümlərdə onlar məqalələrin seçilməsi, tərcüməsi və korreksiyasında vasitəçi oldular.

Bu işin əsas mahiyyəti Azərbaycanda elmi məqalələrin oxunmasına marağın artırılması, elmi məqalələrin yayımlanmasına olan təşəbbüslərin genişlənməsidir.

“İmplantologiya” illik məqalələr kitabı da artıq dekabr ayında dərc olundu və bu məqalələrin oxuculara daha aydın və düzgün şəkildə çatması üçün kitabın təqdimatı ilə eyni zamanda, məqalələrin təhlili məqsədilə bir konfrans həyata keçirildi. 17 Dekabr tarixində baş tutan bu konfransda kitabda yer verilən fərqli mövzularda olan məqalələrin təhlilinə dair müzakirələr həyata keçirildi.

Konfransda məqalələrin daha detallı analiz edilməsi üçün mülahizələr və çıxışlara xüsusilə yer verildi.

Nəticə olaraq, Quintessenz Azərbaycan bölməsi bir komanda olaraq artıq hər il bir kitabın nəşr olunmasını planlaşdırır və hər kitabın təqdimatı zamanı, yanaşı olaraq insanları maarifləndirici bir konfransın həyata keçirilməsi, konfransdaxili diskussiyalar aparılaraq məqalələrin mühazirəçilərlə birgə təhlil edilməsi qərarındadır. Bu cür tədbirlərin Azərbaycanda tibb sektorunun inkişafına əvəzsiz qatqısı olacağına inanırıq.

Xəbər lenti

Xəbər lenti