...

Azad olunmuş ərazilərdə ötən həftə minalardan təmizlənən ərazinin sahəsi açıqlanıb

Cəmiyyət Materials 16 Yanvar 2023 15:19 (UTC +04:00)

Bakı. Trend:

Ötən həftə azad olunan ərazilərdə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Trend-ə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti