...

Azərbaycanda pedaqoji işçilərə saathesabı ödənişlər artıb - Baş nazir Qərar imzaladı

Cəmiyyət Materials 17 Yanvar 2023 15:50 (UTC +04:00)
Azərbaycanda pedaqoji işçilərə saathesabı ödənişlər artıb - Baş nazir Qərar imzaladı

Bakı. Trend:

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri müəyyənləşib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri aşağıdakı kimi olacaq:

Qərara əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İndiyə qədər büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri aşağıdakı kimi olub:

(manatla)

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor və ya elmlər doktoru

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

12,40

8,20

6,40

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

14,70

10,70

7,20

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

17,70

12,40

8,20

Məqalədə:
Xəbər lenti

Xəbər lenti